Şahin Mustafayev vətəndaşları qəbul edəcək

14 Yanvar 2014 14:10 (UTC+04:00)
Yanvarın 18-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Salyanda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların qəbulu saat 09:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsi,126) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Huseynov, əlaqə telefonu: (055) 206-88-52, (02233) 6-73-10, elektron poçt ünvanı: aran.regional@mail.ru) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

AzNews.az