Evlənən və boşananların sayı artıb

14 Yanvar 2014 16:02 (UTC+04:00)
2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı 10,3% artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

Bununla yanaşı, ölkədə boşanma hallarının da sayı artıb. Belə ki, ötən il 11 849 nikah pozulub. Halbuki 2012-ci ildə bu 11 min 182 təşkil edib.

AzNews.az