Zakir Həsənov Mühafizə Alayının komandirini işdən çıxardı

14 Yanvar 2014 16:55 (UTC+04:00)
Müdafiə Nazirliyində yenidən kadr dəyişikliyi olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə vəzifəsindən azad olunub.

Bu vəzifəyə ölkənin qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyin edilib.

AzNews.az