Daha 15 deputat AKP - ni tərk edəcək

14 Yanvar 2014 19:13 (UTC+04:00)
17 dekabr "Böyük Rüşvət əməliyyatı"ndan sonra hakim partiyanı tərk edən 6 millət vəkilinə daha 15 AKP-çi deputatın qoşulacağı gözlənilir. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazıb.

"Sözçü" qəzetində gedən xəbərdə deyilir ki, millət vəkilləri yanvarın 16-da bəyanat yayaraq iqtidar partiyasından istefa verdiklərini bildirəcəklər.

Məlumatlara görə, məsələdən duyuq düşən prezident Abdulla Gül etibarlı şəxslər vasitəsilə deputatları belə bir addıma getməkdən çəkindirməyə çalışır.


AzNews.az