Qobustanda yanğın: 1.5 ton ot, yarım ton taxıl yandı

14 Yanvar 2014 21:29 (UTC+04:00)
Qobustan rayonunda vətəndaşa məxsus tikilidə yanğın hadisəsi baş verib.

AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Poladlı kəndində ümumi sahəsi 214 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 54 kv.m sahədə, içərisinə yığılmış 2.5 ton ot bağlamasının 1.5 tonu və 0.5 ton taxıl yanıb. Köməkçi tikilinin qalan hissəsi və içərisindəki ot bağlaması yanğından mühafizə olunub.

Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az