Arvadın 76 yaşlı ərini öldürməsinin sirri

14 Yanvar 2014 22:45 (UTC+04:00)
Astara rayonunda yaşlı qadının ərinin öldürməsinin bəzi təfərrüatları məlum olub.
Rayon prokurorluğundan APA TV-yə bildirilib ki, mərhum Nəriman Qasımovla həyat yoldaşı bir evdə yaşasalar da, illərdir, ayrı otaqlarda qalıblar. Hadisə baş verən gün axşam satlarında qocalar arasında mübahisə yaranıb. Nənəxanım ərini küt alətlə vurduqdan sonra yaxınlıqda yaşayan oğlunun evinə gedib.

Ailənin gəlini Raifə Qasımova onların küsülü olduğunu deyib: "Kişi Rusiyadan gələndən sonra danışmırdılar. Nə qədər dedik, xeyri olmadı".

İlkin araşdırma zamanı mərhumun baş nahiyəsindən küt alətlə vurularaq qətlə yetirildiyi məlum olub.

Hadisə rayonun Pensər kəndində qeydə alınıb. Kənd sakini, 72 yaşlı Nənəxanım Qasımova həyat yoldaşı, 76 yaşlı Nəriman Həsən oğlu Qasımovu qətlə yetirib. Hadisəni törədən yaşlı qadın saxlanılıb.

Faktla bağlı CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az