Erməni əsilli yazar: “Erməni əraziləri Mehridə bitir“

14 Yanvar 2014 23:10 (UTC+04:00)
Hayko Bağdat Ermənistan ərazilərinin Mehridə bitdiyini deyib.

"Axar.az"ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin "Taraf" qəzetinin erməni əsilli yazarı Hayko Bağdatın sonuncu köşə yazısı erməni siyasi dairələrinin etirazına səbəb olub.

Verilən məlumata görə, o yazısında Dağlıq Qarabağın beynəlxalq hüquqla Azərbaycanın ərazisi olduğunu və orada yaşayan ermənilərin də faktiki Azərbaycan vətəndaşları olduğunu bildirib.

Xəbərdə o da deyilir ki, erməni jurnalist Sarkisyan hökumətinə "kiçik bir məsləhət" də verib: "Sizin Qarabağ ermənilərinə canınız yansaydı, imkan verərdiniz ki, onlar Azərbaycan vətəndaşı olardı. Axı onların da adam kimi yaşamaq haqları var. Axı Qarabağ erməniləri də Azərbaycan vətəndaşıdır. Əgər belə olmasaydı, beynəlxalq hüquqda Ermənistan ərazisi Mehridə bitməzdi".


AzNews.az