Şəkidə qala divarları restavrasiya edilir

15 Yanvar 2014 08:00 (UTC+04:00)
AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, Şəkinin ilk xanı Hacı Çələbi xanın 1740-1745-ci illər tikdiridiyi qala divarları restavrasiya edilir.

Restavrasiya işləri ümumi uzunluğu 1300 metr olan qala divarlarının 450 metr hissəsində aparılır.

Təmir işləri Mədəniyyət və Turizm nazirliyinin xətti ilə aparılır.

Qala divarları bərpa olunduqdan sonra , qoruğun ərazisində sakinlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bir sıra işlər görüləcək.

Qoruq ərazisində olan və SSRİ dövründə tikilən və tarixi əhəmiyyəti olmayan obyektlər söküləcək.

AzNews.az