Avro-4 standartına keçidin vaxtı açıqlandı
15 Yanvar 2014 08:40 (UTC+04:00)
Azərbaycan gələn ildən Avro-4 standartlarına keçəcək
Azərbaycan gələn ildən Avro-4 standartlarına keçəcək.
AzNews xəbər verir ki, Nazirlər Kabineti Azərbaycanın ərazisində dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib.
Qərarə əsasən ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.
Amid
AzNews.az