Bakıda kütləvi dava: 4 nəfər bıçaqlandı

15 Yanvar 2014 09:42 (UTC+04:00)
Yanvarın 15-nə keçən gecə Bakının mərkəzində kütləvi dava olub.

Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hüseyn Cavid prospekti 31 ünvanının qarşısında, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında baş vermiş kütləvi dava zamanı 21 yaşlı Toğrul Əhmədov, 27 yaşlı Elxan Əliyev, 23 yaşlı Şükür Əbülfəzli və 23 Rahib Tanrıverdiyev ağır bıçaq xəsarətləri alıb.

4 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

AzNews.az