Azərbaycan Rusiyaya qaz nəqlini dayandırdı

15 Yanvar 2014 10:29 (UTC+04:00)
Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz nəqlini dayandırıb.

Lent.az-ın məlumatına görə, bu barədə "İnterfaks" yanacaq-enerji kompleksinin mərkəzi dispetçer idarəsinə istinadən xəbər yayıb.

Xəbərdə Azərbaycan qazının nəqlinin dayandırılanadək sutkada 3 milyon kubmetr təşkil etdiyi bildirilir. "Qazprom"dan isə deyiblər ki, Azərbaycan bu addımın səbəblərini və qazın verilməsinin bərpa tarixini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan qazı Dağıstanın qaz təminatının əsas mənbələrindəndir.

AzNews.az