Tovuzda Mədəniyyət evinin direktoru minaya düşüb- Fotolar

15 Yanvar 2014 11:06 (UTC+04:00)

Tovuz rayonunun Ermənistanla sərhəd olan ucqar dağ kəndi Qaralarda mülki şəxs minaya düşüb.

AzNews.az xəbər verir ki, 40 yaşlı kənd sakini Hidayət Müseyibov hadisə nəticəsində sağ ayağından ciddi xəsarət alıb. Yaralı ətrafda olan insanların köməyi ilə Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, sağ ayağının pəncəsi və barmaqları ciddi xəsarət alan zərərçəkənin baş barmağının ambutasiyası gözlənilir.

Qeyd edək ki, minaya düşən Hidayət Müseyibov kənd Mədəniyyət evinin müdiridir.

AzNews.az