“Ovçu”da qanunsuz silahlar aşkarlandı

15 Yanvar 2014 11:19 (UTC+04:00)
Bakıda ovçu mağazasından qanunsuz saxlanılan silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən "Ovçu" mağazasının anbarına baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan "Tiqr" markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan "Walter" markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb.

AzNews.az