1 197 nəfərə pensiya təyin olundu

15 Yanvar 2014 11:31 (UTC+04:00)

Bu ilin 11 yanvarına tarixinə kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 197 nəfərə avtomatlaşdırılmış qaydada vahid mərkəzdən pensiya təyin olunub.


DSMF-dan AzNews-a verilən məlumata görə, hazıradək bu sistem vasitəsilə təyinat aparılan şəxslərin 299 nəfəri Bakı şəhərində, 898 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.

Pensiya təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilib.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına ötən ilin 11 iyul tarixindən etibarən başlanılıb.

Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş "190-0 Cağrı Mərkəzi"nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər.

Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub.

Amid
AzNews.az