Qatar bələdçilərinin məhkəməsi başladı

15 Yanvar 2014 11:35 (UTC+04:00)
Bu gün Nəsimi Rayon Məhkəməsində etirazçı qatar bələdçilərinin "Azərbaycan Dəmir Yolları" QSC-yə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.


Qatar bələdçilərinin vəkili Fəxrəddin Mehdiyevin AzNews.az-a verdiyi məlumata görə, hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda iddia tərəfi aidiyatı sənədlərin məhkəmə tərəfindən qəbul olunmasına dair vəsatətinə baxılaraq, qəbul olunub.

Məhkəmə baxışı isə fevralın 5-nə təyin olunub.

Xatırladaq ki, yanvarın 13-dən başlayaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin qatar bələdçiləri əvvəlcə adıçəkilən qurumun, sonra isə Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar işdən uzaqlaşdırılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasına da etiraz ediblər.

Daha sonra isə etirazçı qatar bələdçiləri "Azərbaycan Dəmir Yolları" QSC-nin məhkəməyə verib.

İddiaçı tərəf cavabdeh qurumdan əməkhaqqı sistemində ayrıseçkiliyin aradan qaldırılmasını, qanunla müəyyən edilmiş ezamiyyət xərclərinin ödənilməsini, əmək və kollektiv müqavilənin bağlanmasını, o cümlədən əmək hüquqlarının müdafiəsinin təmin olunmasını tələb edirlər.

Məhəmməd
AzNews.az