“Şəfa-Broyler”in müdiri ölməyib- Yenilənib

15 Yanvar 2014 16:59 (UTC+04:00)
Bakıda faciəvi ölüm hadisəsi baş verib.

AzNews.az DİN-inn saytına istinadən xəbər verir ki, yanvarın 14-də Suraxanı rayonundakı "Şəfa-broyler" şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyevi hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.(12.37)

***
"Şəfa-broyler"in müdirinin ölüm xəbəri yalan çıxdı.


"Qafqazinfo"ya Suraxanı polis bölməsindən verilən məlumata görə, ölüm xəbəri yayılan və "Şəfa-broyler"in müdiri kimi təqdim olunan Taleh Tağıyev Hövsan Südçülük Sovxozunun işçisidir. O, dünən sözügedən şirkətin işçisi Ramiz Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobilin arxaya verməsi nəticəsində həlak olub.

Qeyd edək ki, bu gün DİN-in saytında "Şəfa-broyler"in müdirinin faciəvi şəkildə həlak olması ilə bağlı məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, yanvarın 14-də Suraxanı rayonundakı "Şəfa-broyler" şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyevi hadisə yerində ölüb.

AzNews.az