DİN Xaçmaz olayını nəzarətə götürdü

15 Yanvar 2014 13:06 (UTC+04:00)



Xaçmazda kütləvi heyvan qalıqlarının aşkarlanması faktı ilə bağlı daxili işlər orqanları tərindən ciddi araşdırmalara başlanıb.

Bu barədə APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. O, qeyd edib ki, həmin fakt aidiyyəti dövlət qurumları, həmçinin daxili işlər orqanları tərəfindən ciddi nəzarətə götürülüb və hazırda bununla bağlı araşdırma aparılır:

"Araşdırmalar zamanı həmin hadisədə hər hansı kriminal fakt və cinayət əməli aşkar edilərsə, ona uyğun olaraq hüquqi tədbirlər görüləcək".

Qeyd edək ki, ötən gün Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

AzNews.az