ARDNŞ xarici bazarda mövqelərini gücləndirir

15 Yanvar 2014 14:23 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ruminiya səhmdarlarının "SOCAR Petroleum SA"-da qalan 10 faiz iştirak payını satın alıb.

AzNews.az-ın "SOCAR Petroleum SA"-nın saytına istinadən verdiyi məlumata görə, bununla da ARDNŞ "SOCAR Petroleum SA"-nın 100 faizlik sahibi olub.

ARDNŞ Rumıniyada fəaliyyətini genişləndirmək üçün "SOCAR Petroleum"un nizamnamə kapitalını 35 milyon avro artırmaq niyyətindədir.

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, sövdələşmə şirkətin strateji yanaşmasının, yəni Ruminiya bazarında öz mövqelərini gücləndirmək siyasətinin tərkib hissəsidir: "2014-cü ilin əvvəlində başa çatmış sövdələşmə şirkətimizin Rumıniya bazarında inkişafının yeni mərhələsinə təkan verir".

AzNews.az