Moskvada “Quran”ı yandıran gənc həbs edildi

15 Yanvar 2014 15:17 (UTC+04:00)

Moskva metrosunda "Quran"ı yandıran gənclərdən biri saxlanılıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Xuliqanlıq" maddəsi üzrə açılan cinayət işi çərçivəsində bir neçə şübhəli şəxs dindirilib.

Axtarış aparılıb və gənclərdən biri saxlanılıb. Saxlanan şəxs 23 yaşlı Tver sakinidir. Həmin şəxs bundan əvvəl soyğunçuluqda ittiham edilib.

Qeyd edək ki, metroda gənclərin "Quran"ı yandırmasını əks etdirən kadrlar internetdə yayıldıqdan sonra polis araşdırmalara başlayıb.

Elnur
AzNews.az