Həsən Məmmədov-75

15 Yanvar 2014 15:34 (UTC+04:00)

Xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbir yanvarın 17-də Dövlət Film Fondunda baş tutacaq.

Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondudur.

Qeyd edək ki, mərasimdə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi təşkil ediləcək, rol aldığı filmlərdən səhnələr nümayiş olunacaq.

Bahar
AzNews.az