AXCP-dən Müsavata təhqir dolu YAZI

15 Yanvar 2014 16:09 (UTC+04:00)
Fuad Qəhramanlı: "Üstümüzə heç olmasa "Yalıncıq" göndərməsinlər"


"Açıq aydın isterika içindədirlər. Təntimək buna deyirlər. Sorulan suallara cavab vermək əvəzinə qarşı tərəfin şəxsiyyətini hədəfə almaq, təhqir etməklə ortalıqda söyüş, təhqir toz-tufanı qoparıb insanları bezdirməyə, əsil həqiqətin harada olduğunu gizlətməyə çalışırlar. Ancaq təbliğat texnologiyasına az çox bələd olanlar bilir ki, cavab əvəzinə təhqir səsləndirmək ictimai rəydə uduzdurur, zəfliyi, haqsızlığı göstərir".

AzNews.az-ın xəbərinə görə, bu açıqlamanı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazıb.


"İsa Qəmbərin üstümə göndərdiyi "Yalıncıq" ", "Yeni Müsavatın" mənim haqqımdakı kompramatları" başlığı ilə gedən açıqlamada F. Qəhrəmanlı bildirib ki, İsa Qəmbərə "niyə susursan ?"deyə bir sual verdik, bu gün Müsavatın iqtidarın Milli Şuranı parçalamaq ssenarisində baş rolda çıxış etməsinin siyasi və mənəvi məsuliyyətini başqan kimi onun daşıdığını dedik, cavab əvəzinə təhqir eşitdik:

"İqtidar mənsublarının - Siyavuş Novruzovun, Mübariz Qurbanlının müxalifətə yönəlik təhqirləri arxasında gizlənib cəmiyyətin suallarına cavab vermədiyini görmüşdük. İndi də İsa bəy İsveçrədə yaşayan SOKAR-ın oradakı patronlarından sayılan İlqar adlı birisinin kurasiyasında olan Elbəy Həsənli adlı keçmiş "nadzoru" salıb üstümüzə, bizi təhqir etdirir. Neçə ildir ki, ölkədən fərar edib Avropada yaşayan, oradakı müxalif mühacir azərbaycanlıların tədbirlərinə heç vaxt qatılmayan bu keçmiş həbsxana nəzərətçisi bizi nədə ittam edir?".

F. Qəhrəmanlı 2010-cu ilin aprel hadisələri zamanı həbs olunmamasına da aydınlıq gətirib:

"Guya ki, kompramat tapıblar. O zaman mənim məhkəmə çıxışımı dinləyənlərdən biri də Müsavat başqanı İsa bəy idi və mənim məhkəmə çıxışımı İsa bəy "möhtəşəm" adlandıraraq buna görə əlimi də sıxmışdı. Hətta Müsavat Divanında bu bardə öz müsbət rəyini də dediyini sonradan eşitdim. O çıxış indi də "Youtube" də durur və istəyənlər dinləyə bilər.

Mən orada 4 dəfə İlham Əliyevin adını çəkib onu ittiham etmişdim, dostlarıma həbs cəzası veriləcəksə, mənə də verilməsini istəmışdim, hakimi siyasi sifariş yerinə yetirən "buyruq qulu" adlandırmışdım. Ancaq götürün baxın Müsavatın ikinci şəxsi Arif bəyin çıxışına və ifadələrinə…

10 aprel aksiyasının əleyhinə olduğunu, həmin yığıncaqda iştirak etmədiyini deməsi azmış kimi, bir dəfə də olsun İlham Əliyevin adını çəkməyib. (Düzdür o sonradan guya ki, bu aksiyaların təşkilaçısı olduğunu dedyini idda edir. Ancaq ən azı ortada şahdlər var) Bu hadisədən bir müddət sonra Müsavatdakı tədbirlərdən birində görüşdüyümüz Rauf Arifoğlu "hakimiyyət ən çox pisliyi həbs etməməklə sənə etdi" demişdi.

Mənim həbs olunmamam Rauf bəyin də dediyi kimi mənə lütf deyildi, məhz sonradan "nadzorların", nakəslərin dilində mənə qarşı kampaniya aparmaq üçün əsas vermək, "arqument" yaratmaq məqsədi güdən hərəkt idi. Mən nə etməliydim, gedib həbsxananın qapısını sındırıb zorlamı içəri girməli idim?

Mən 23 yaşında olanda il yarım həbsdə yatmışdım və yaxşı tandıqları üçün məni həbslə sındıra bilməyəcəklərini bildkləri üçün bu yolla üzərimə kölgə salmağa çalışırdılar. Ancaq alınmadı. Çünki mənim fəaliyyətim həbsxanadan mübarizlik mesajları vermək əvəzinə, "Darıxıram" şeri yazıb özünü nisgilli göstərənlərin, çıxdıqdan sonra müxalif düşərgəni iqtidarın istəklərinə uyğun şəkildə intiriqa ocağına çevirənlərin işindən, əməlindən həmişə fərqlənib.

Bu arada "kompramat" həvskarı olan keçmiş "nadzora" xatırladım ki, Müsavat rəhbərlərindən mühüm sima olan kəsin həbsxana həyatı heç də "səmərəsiz" keçməyib. O həbsxanlara nəzarət idarəsinin rəisi Mədət Quliyevin kuratorluğunda bu gün də fəaliyyətini davam etdirdiyini və Milli Şuradan ayrılmaq təşəbbüsünün əsas ilham vericilərindəndir.

İstər bu proseslər, istərsə də ondan sonrakı dövürlərdə bu iqtidara qarşı həmişə ən sərt və cəsarətli çıxışları edənlərdən biri olaraq yoluma davam etmişəm. Həta üzərimdə şərti hökm ola-ola o vaxtlar Bakının Fəvvarələr meydanındakı icazəsiz aksiyaların təşkilatçısı kimi polis kardonunu yaran cərgəyə rəhbərlik etmişəm. Fotolara baxa bilərsiniz".

AXCP sədrinin müavini sabiq deputat, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə qohumluq əlaqəsi haqda da danışıb: "Əleyihimə tapdıqları ikinci "kompramat" Əhəd Abıyevlə qohumluq əlaqəsidir. Əvvəla dedikləri kimi, mən Əhəd Abıyevin kürəkəni deyiləm, rəhmətə getmiş qayınatam Əhədin qardaşıdır. Nəinki mən, hətta həyat yoldaşım 25 ilə yaxındır ki, Əhəd Abıyevlə nəinki salamlaşmayıb, hətta üz-üzə belə gəlməyib.

Biz siyasətdə olduğu kimi həyatda da əks düşərgənin adamlarıyıq. Siyasətdə dost dediyimiz həyatda da dostumuz, düşmən dediyimiz həyatda da düşmənimiz olur. Əhəd Abıyevlə birlikdə Hafiz Hacıyevə 2010-cu ilin parlament seçkiləri zamanı İTV efirində dediyim sözə görə, həmin Əhəd Abıyev hüquq-mühafizə orqanlarına barəmdə cinayət işi qaldırmaq barədə müraciət etmişdi.

Xatırlayanlar bilir ki, mənim o zamankı sərt çıxışıma görə, həmin vaxt böyük hay-küy yaranmışdı, hətta orada olan YAP-çı deputatın tərbiyyəsiz reaksiyasına görə, mən studiyadan çıxarılmışdım. Lakin o vaxt Müsavat başqanının ətrafından bir nəfər belə cəsarət sahibi tapılmadı ki, efirdə onun ünvanına deyilənlərə öz dillərində cavab verə bilsin.

Ona görə də İsveçdə oturub bu gün mənə qarşı böhtan atmaqla Müsavat başqanını qoruduğunu sanmaq heç də mərdlik nümunəsi deyil. Yeri gəlmişkən, Əhəd Abıyevin son dəfə şəkillərini "Yeni Müsavat"da, onu reklam edən müsahibəsi gedəndə görmüşəm.

Bunu bilmənizi istəyirəm ki, mən qohumluq münasibətləri və şəxsi maraqlarımı güdənlərdən olsa idim, o zaman bu gün Milli Şuranı dağıtmaq üçün rəhbərləriniz təlimatı başqalarından deyil, elə məndən almış olardılar. Bunun nə demək olduğunu yəqin anlarsan".

F. Qəhrəmanlı daha sonra qeyd edib ki, keçmiş həbsxana nəzarətçisinin dili ilə səsləndirilən növbəti kompramat onun idarə etdiyim avtomobillə bağlıdır:

"Mənim maşınım Hundai İX35-dir. Onun da qiyməti deyildiyi kimi, 47 deyil, 20 min manatdır. Üç illiyə kreditlə götürülüb və qardaşımın Mərdəkandakı torpağının satışından ilkin məbləğ ödənib. Sonrasını da o zaman Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan qardaşım ödəyib. Adama verəndə "Hundai" vermirlər, cənablar.

Bunu siz öz sahib olduqlarınızdan yaxşı bilərsiniz. Sonda bir məsələyə toxunmadan keçə bilmirəm. Xalq arasında bir adamın çox bilmiş, ara vuran olduğunu deyəndə zarafatla onun "bic" olduğunu deyirlər. Filankəs "bicin biridir" ifadəsini çox eşitmişik.

İndi də mənim üstümə bicin birini salmaqla öz aləmlərində məni məhv edəcəklərini güman ediblər. "Bic" sözündən söz düşmüşkən, Elbəy Həsənli növbəti köşə yazısında atasının adını çəkə bilərmi? Onu da bilirik ki, "Detdom" da necə gəldi bir ata adı yazırlar. Söhbət əsil atadan gedir.

Birdə bu nadzoru üstümüzə göndərənlər 2000-ci ilin oktyabr ayında onun Naxçıvanda saxlanılarkən polis serjantı qarşısında əsməcəyə düşüb "mən nə müsavatçı deyiləm" dediyini açıb oxusunlar və üstümüzə heç olmasa "Yalıncıq" göndərməsinlər".

AzNews.az