Nəqliyyat Nazirliyinin yanında qəza -Foto

17 Avqust 2012 08:01 (UTC+04:00)


Bu gün səhər saatlarında Tiflis prospektində, Nəqliyyat Nazirliyinin yanında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Buna səbəb yüksək sürətlə hərəkət edən 10 XA 436 dövlət nömrə nişanlı VAZ 21-06 markalı avtomobilin idarəetməni itirərək, yolun kənarına çıxması olub.Hadisənin şahidi olan əməkdaşımızın sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyatın hərəkəti ləngiyib.

Hadisə yerinə iki yol polisi əməkdaşı cəlb olunub və onlar hərəkətin və qəza törədən avtomobilin yola nizamlanmasına kömək ediblər.


Əlican

AzNews.az