Misirdə yeni konstitusiya qəbul edilir - VİDEO

15 Yanvar 2014 21:01 (UTC+04:00)
Misirdə referendum səsvermənin ikinci günü keçirilir. Seçkinin ilk günündə bəzi məntəqələrdə zorakılıq halları yaşanıb.
Qarşıdurmalar zamanı 11 nəfər ölüb. Yeni konstitusiya siyasi yol xəritəsinin əsas tərkib hissəsidir və ordu tərəfindən dəstəklənir. Bu yol xəritəsi ötən ilin 3 iyul çevrilişindən sonra yeni prezident və parlament seçilməsini əsas hədəf götürüb.

Qahirə sakinləri arasında "Müsəlman Qardaşlığı" hərəkatının hazırladığı konstitusiyanın yenisi ilə əvəz edilməsinin lehinə səs verənlər çoxluq təşkil edir.

Qahirə sakini Məhəmməd Məqdi "Müsəlman Qardaşlığı" seçki məntəqələrində insan kütləsini görüb arxayınlaşandan sonra qəddarlaşdığını bildirib: "Ona görə də düşünmədən addımlar atmağa başladılar".

Hazırki referendum 2011-ci ildə Misirin keçmiş prezidenti Hüsnü Mübarək devrildikdən bəri sayca 6-cı ümummilli səsvermədir.




AzNews.az