İraqda bir neçə partlayış törədilib - 73 ölü, 128 yaralı

15 Yanvar 2014 21:18 (UTC+04:00)
Bu gün İraqda bir neçə partlayış törədilib, nəticədə 73 nəfər ölüb, 128 adam xəsarət alıb.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Bağdadın müxtəlif ərazilərində 4 minalanmış avtomobil partladılıb.

Bundan əvvəl Mosulda (paytaxt Bağdaddan 370 km aralıda) 7 hərbi qulluqçu partlayış nəticəsində ölüb.

Daha bir hücum Bakuba şəhərinin yaxınlığında (Bağdaddan 60 km aralıda) olub. Nəticədə 18 iraqlı həlak olub, 10-dan çoxu yaralanıb.

AzNews.az