Bakıda 61 yaşlı qadın qətlə yetirilib

15 Yanvar 2014 22:39 (UTC+04:00)
Bir qədər əvvəl Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, Əsəd Əhmədov küçəsində 17 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildən 1953-cü il təvəllüdlü Xoşavaz Mamaşovanın üzərində xəsarətlər olan cəsədi tapılıb. Qadının qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.


AzNews.az