Xaçmazda 2 nəfər bıçaqlanıb

15 Yanvar 2014 22:44 (UTC+04:00)
Xaçmaz rayonunda 2 bıçaqlanma faktı qeydə qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər, Zərifə Əliyeva adına 8 saylı məktəb liseyin 11­-­­­ci sinif şagirdi Qayıbxanov Muradxan Qayıbxan oğlu məktəbdən evə qayıdarkən naməlum şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, məktəbliyə 3 bıçaq xəsarəti yetirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Digər bir bıçaqlanma faktı isə rayonun Köhnə Xaçmaz kəndində baş verib. 1975-ci il təvəllüdlü Tağıyev Telman Ağamirzə oğlu da bıçaq xəsarəti ilə Xaçmaz MRX-ya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hər iki törədənlərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.


AzNews.az