“Eurovision 2014“ə akkreditasiya başlayır

16 Yanvar 2014 09:54 (UTC+04:00)



Yanvarın 21-dən "Eurovision 2014" mahnı müsabiqəsinə akkreditasiyaya start veriləcək.

AzNews.az "Eurovision 2014" mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, akkreditasiya "Eurovision Family Accreditation System" vasitəsilə həyata keçiriləcək.

Yanvarın 21-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan başlanacaq akkreditasiya aprelin 11-dək davam edəcək.

Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision 2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.

AzNews.az