Aktyor studiyası yeni tamaşalar hazırlayır

16 Yanvar 2014 10:37 (UTC+04:00)
Sumqayıt Dövlət Musiqili Dram Teatrının nəzdində fəaliyyət göstərən "Aktyor studiyası" yeni əsərlərə müraciət edib.

Teatrdan AzNews.az-a verilən məlumata görə, Üzeyr Hacıbəyovun "Ata və oğul", "Arşın mal alan" və Seyid Məhəmməd Cəmaləddinin "Həmkarlar" tamaşalarının üzərində son məşqləri gedir.

Qeyd edək ki, teatr bu tamaşaları yaxın aylarda teatrsevərlərə təqdim edəcək.

Bahar
AzNews.az