Keçmiş rektorun səhhəti pisləşdi- Təcili qan lazımdır

16 Yanvar 2014 11:15 (UTC+04:00)
Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlının vəziyyəti ağırlaşıb.

"Axar.az" məlumat verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yerləşdirilib. Sosial şəbəkələrdə yayılmış məlumatda keçmiş rektorun təcili qana ehtiyacı olduğu bildirilib:

"Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlı üçün təcili qan lazımdır. Bütün qan qrupundan olan şəxslər qan verə bilər. Sabah saat 11-də Aslan müəllimə artıq qan köçürülməlidir. Buna görə də həmin vaxta qədər ən azı 2-3 nəfər qan verə bilsə, yaxşı olar".

Elanda həmçinin məlumatı daha çox insana ötürmək xahiş olunub. Hazırda Aslan Qəhrəmanlının 1 saylı Şəhər Kliniki Xəstəxanasında yatdığı qeyd edilib.

AzNews.az