Keçmiş məhkumun meyiti tapıldı

16 Yanvar 2014 12:01 (UTC+04:00)
Bakının Yasamal rayonu sakininin yaşadığı mənzildə boğazı kəsilmiş halda meyiti tapılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Xoşavaz Mənəfovanın mənzilində boğaz nahiyəsində kəsilmiş xəsarəti olan meyiti tapılıb.

Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az