Mübariz Mənsimov xanımının iki avtomobilini əlindən aldı

16 Yanvar 2014 12:26 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov onu xəyanətdə günahlandıraraq boşanmaq üçün iddia qaldıran xanımı Tamara Qurbanoğlunun iki lüks avtomobilini əlindən alıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 il əvvəl evləndiyi, 13, 9 və 2 yaşında 3 uşağı olan M.Mənsimovu əsəbləşdirən məqam xanımının ondan külli miqdarda təzminat istəməsi olub.

Xanımı M.Mənsimovu Azərbaycanda sahib olduğu bir jurnalin rəhbəri Ülviyyə Qasımova ilə aldatdığını bildirərək məhkəməyə müraciət edib. Təzminat olaraq M.Mənsimovun 6 milyardlıq sərvətinin yarısını istəyib. Bununla yanaşı Ü.Qasımovadan da 1 milyon lirə təzminat tələb edib.

M.Mənsimovun vəkili 2 polislə bərabər T.Qurbanoğölunun Beşiktaşdakı evinə gələrək qarajdakı Bentley ve Audi markalı iki avtomobili alıb. Bu barədə vəkilinə məlumat verən Tamara Qurbanoğlu ərinin vəkili və 2 polislə bağlı şikayət edib.

Elnur
AzNews.az