Gülağa Aslanlı əməliyyat olundu

16 Yanvar 2014 16:17 (UTC+04:00)
Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı əməliyyat olunub.

Bu haqda məlumatı Qaynar.info-ya Gülağa Aslanlının özü məlumat verib.

Gülağa Aslanlı bir həftədir gözündən əməliyyat olunduğunu bildirib: "Gözümə mirvari suyu gəlmişdi. Buna görə bir həftə bundan öncə əməliyyat olundum. İndi də evdəyəm, ölkədə baş verən prosesləri izləyə bilmirəm. Əməliyyatım Azərbaycanda oldu, bir həftədən sonra siz jurnalistlərin bütün suallarına cavab verməyə hazıram".

AzNews.az