136 polis işdən çıxarıldı

16 Yanvar 2014 20:37 (UTC+04:00)
Dekabrın 17-də korrupsiya və rüşvət iddiaları başlamış əməliyyat nəticəsində Türkiyənin çeşidli bölgələrindəki hüquq-mühafizə orqanlarında dəyişiklik və işdən azad edilmə halları davam edir.

Lent.az-ın məlumatına görə, yanvarın 16-da biri polis rəisi olmaqla 136 asayiş keşikçisi işdən çıxarılıb.

Onlardan 80-i Maliyyə Cinayətləri şöbəsindən, 35-i terrorçuluğa qarşı mübarizə idarəsindən, 20-i isə Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə şöbəsindəndir.

AzNews.az