Mişel Obamanın 50 yaşı tamam olur

17 Yanvar 2014 09:58 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın xanımı Mişel 50 yaşını qeyd edir.

Lent.az-ın məlumatına görə, o, yaxın günə nə istirahət, nə də plastik əməliyyat planlaşdırır.

"Mən özümü indiki kimi belə əmin hiss etməmişəm. Qadın olduğum mənə heç vaxt belə aydın olmayıb"-deyə, o, yubileyi ərəfəsində "Parade Magazine" jurnalına müsahibəsində bildirib.

Mişel Obama Harvard Universitetinin məzunu, peşəkar hüquqçudur. Son 6 ildə Ağ evə sahibəlik edir. Sorğuların nəticəsinə əsasən, o, amerikalıların 67 faizi ona müsbət yanaşır və prezident xanımı kimi işinin öhdəsindən gəlir.

Sorğu onun reytinqinin Barak Obamadan çox olduğunu da müəyyənləşdirib. Amerikalılar onun səmimiliyinə inanır: "O, çox sadə və canlı danışır".

AzNews.az