Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır

17 Yanvar 2014 11:13 (UTC+04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə Əli İnsanovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiasına baxılıb.


Məhkəmə prosesində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi iştirak edib.

Əli İnsanov iddia ərizəsində cavabdeh kimi ədliyyə naziri Fikrət Məmmədovu göstərdiyini bildirərək nazirin məhkəmədə iştirakını tələb edib. Hakim müşavirə keçirərək cavabdehin özü və ya nümayəndəsi prosesdə iştirak etmədiyi üçün prosesi yanvarın 31-ə təyin edib.

Lakin bu Əli İnsanovla bağlı bu gün keçirilməsi nəzərdə tutulan son məhkəmə iclası deyil.

Bu gün saat 14.30-da Ali Məhkəmənin Plenumunun qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun işinə yenidən baxılacaq.

Hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək məhkəmə iclasında Əli İnsanovun iştirakı gözlənilir.

Elnarə
AzNews.az