Dəm qazından daha iki nəfər zəhərləndi

17 Yanvar 2014 11:40 (UTC+04:00)
Xətai rayon sakini dəm qazından zəhərlənərək ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 16-da Xətai rayon sakini Aynur Süleymanlı mənzilində dəm qazından zəhərlənərək ölüb.

Yanvarın 15-də Gəncə şəhər sakini Ramilə Mahmudova isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

AzNews.az