1 nəfər 2 həftəyə 42 şirkət təsis edib- Azərbaycanda

17 Yanvar 2014 12:14 (UTC+04:00)
Azərbaycan respublikası hüquqi şəxslərin dövlət reyestri qısa müddətdə bir fiziki şəxs tərəfindən rekord sayda şirkəti qeydiyyatını müəyyən edib.

"Axar.az"ın verdiyi məlumata görə, Bakı sakini Ağarəhim Məmmədov 2013-cü il oktyabrın 21-dən noyabrın 6-dək 42 şirkət təsis edib. Bu, günə 6 şirkətin qeydiyyata alınması anlamını verir.

İkinci yeri Lənkəran rayonunun Vilvan kənd sakini Teymur Əliyev tutub. Onun isə 36 şirkəti var. "Bu adamların bu qədər şirkətə nə ehtiyacı var" sualı isə açıq qalır. Bir məqamı da xatırladaq ki, bu şirkətlərin nizamnamə kapitalı 20 AZN-dən artıq deyil.

AzNews.az