20 Yanvarla bağlı məhkəməyə müraciət ediləcək

17 Yanvar 2014 14:34 (UTC+04:00)

"1990-cı ildə Sovet hərbi birləşmələrinin Bakıda və Azərbaycanın digər rayonlarında törədilən kütləvi qətl hadisələri ilə əlaqədar Haaqa Məhkəməsinə müraciət ediləcək".


Bunu AzNews.az-a açıqlamasında 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə deyib.

O bildirib ki, 20 yanvarın hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub: "Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu faciəni törədən insanlar təssüflər ki, hələdə cəzalandırılmayıb".

Y. Bünyadzadə beynəlxalq instansiyalara bir neçə dəfə müraciət etmələrinə baxmayaraq, yenidən imza toplama kampaniyasına başlayaraq, bu işi davam etdirmək niyyətində olduqlarını da söyləyib: "Bu faciənin törədən insanları beynəlxalq məhkəmə instansiyasında cavab verməsində israrlıyıq. Günahkarlar mütləq cəzalandırılmalıdır. Bunu tələb edirik".

Amid
AzNews.az