İlham Əliyev Əfqanıstan səfirini qəbul etdi

17 Yanvar 2014 15:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şaker Kargarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə verdiyi töhfəyə görə səfir Şaker Kargara təşəkkürünü bildirib. Prezident İlham Əliyev səfiri öz ölkəsinin ticarət və sənaye naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sənaye və digər sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

AzNews.az