Bakcell təkzib edir

17 Yanvar 2014 15:17 (UTC+04:00)

Bakcell-in Ulduzum sadiqlik proqramının tətbiqində heç bir problem yoxdur


15 yanvar 2014-cü il tarixində "aznews.az" saytında "Bakcell"in Ulduzu söndü?" adlı məqalədə Bakcell Ulduzum sadiqlik proqramının istifadəsi ilə bağlı dərc olunmuş məlumatların həqiqətə uyğun olmaması müəyyən edilib.

Belə ki, Bakcell ötən ilin sonlarında Bakcell Ulduzum sadiqlik proqramını uğurla təqdim edib. Bu proqram çərçivəsində Bakcell müxtəlif xidmətlər və məhsullar üçün endirimlər təklif edir. Bu proqram müştərilərin böyük marağına səbəb olub. Abunəçilərin Ulduzum kodlarını ala bilməməsi ilə bağlı məqalədə yer alan məlumat isə reallığı əks etdirmir.

AzNews.az