Azərbaycan tarixinə dair İrandan xəritələr gətirilib

17 Yanvar 2014 16:15 (UTC+04:00)
İrandan Azərbaycanın tarixinə aid yeni xəritələr gətirilib.

Bu barədə AzNews.az-a AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, deputat Gövhər Baxşəliyeva məlumat verib.

İnstitutunun direktoru Azərbaycanın tarixi, ərazi bütövlüyünə aid bütün məsələlərə dair sənədlərin toplanması ilə məşğul olduqlarını da qeyd edib: "Bu günlərdə əməkdaşımız İrandan Azərbaycan tarixi və mədəniyyətinə aid bir sıra mühüm materiallar gətirilib".

G. Baxşəliyeva yaxın vaxtlarda bununla bağlı ictimayyətə geniş və ətraflı məlumat veriləcəyini də bildirib.

Amid
AzNews.az