Su və elektrik enerjisinin bahalaşması ilə bağlı rəsmi AÇIQLAMA

18 Yanvar 2014 08:41 (UTC+04:00)
Azərbaycanda suyun və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir.

Bunu AzNews.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir:

"Azərenerji"i və "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb".

Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevraın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı.


Amid
AzNews.az