Prezident Administrasiyasının rəhbəri istefaya göndərildi

18 Yanvar 2014 08:52 (UTC+04:00)
Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin vəzifədən azad edilib.

Bu barədə prezident Viktor Yanukoviçin qərarı yanvarın 18-də gecə saatlarında elan olunub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Levioçkin bundan sonra prezidentin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, administrasiya rəhbəri Meydanda noyabrn 30-da keçirilən mitinq dağıdıldıqdan sonra istefa barədə ərizə yazmışdı. Lakin onun istefası həmin vaxt prezident tərəfindən qəbul edilməmişdi.

Elnur
AzNews.az