Mövqelərimiz atəşə tutuldu

18 Yanvar 2014 09:31 (UTC+04:00)
Erməni silahlıları atəşkəs rejimini pozmaqda davam edirlər.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az