İlham Əliyev ANS-in hədiyyəsindən imtina etdi? - Səbəb

18 Yanvar 2014 09:47 (UTC+04:00)
Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2013-cü ilin adamı" mükafatı təqdim olunub.

"Qafqazinfo" xəbər verir ki, prezident ona təqdim olunan bahalı saat mükafatından imtina edib:

"Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq".

AzNews.az