Taliban Kabili qan gölünə çevirdi: 14 ölü, 4 yaralı

18 Yanvar 2014 10:21 (UTC+04:00)
Əfqanıstanın paytaxtı Kabildə bir restorana təşkil edilən hücumda 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, Qabil Təhlükəsizlik Komandiri Zahir Zahirin açıqlamasına görə, Vəzir Akbarhan bölgəsində hücumu 3 kamikadze təşkil edib.

Zahir kamikadzelərin bombanı partlatması nəticəsində 14 nəfərin öldüyünü bildirib. Ölənlər arasında xarici vətəndaşların və 2 nəfər təhlükəsizlik işçisinin də olduğu qeyd edilir. Hücumu Taliban öz üzərinə götürüb.

Elman
AzNews.az