«Shell» və BP İranda fəaliyyətə dəvət edilib
18 Yanvar 2014 18:53 (UTC+04:00)
İran Neft Nazirliyi Böyük Britaniyanın iki böyük neft şirkəti – "Shell" və BP-ni rəsmən İranda fəaliyyətə dəvət edib.
APA-nın bildirdiyinə görə, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Hər iki şirkətə İranın neft naziri Bijan Zangənə (Bijen Zengene) tərəfindən rəsmi dəvət göndərilib.
Məlumatda qeyd olunub ki, 2013-cü ilin dekabrında OPEC-in Vyanada keçirilən toplantısında İranın neft naziri Norveçin "Statoil Hydro", İtaliyanın "Eni", Fransanın "Total", ABŞ-ın "Exxon Mobil" və "ConocoPhilips", Avstriyanın OMV və İsveçrənin "Vitol" şirkətləri ilə müzakirələr apararaq onları İrana dəvət edib.
Agentliyin xəbərinə görə, "Shell"və BP-nin İrana 2 mlrd. dollar borcu mövcuddur.
AzNews.az