İranlı diplomat öldürülüb

18 Yanvar 2014 21:17 (UTC+04:00)
İranlı diplomat Əliəsgər Əsədi Yəmən paytaxtı Sana silahlı basqının qurbanı olub.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, diplomat İslam Respublikasının Sanadakı səfirliyinin binasını tərk edən zaman silahlı hücum olub.

İran televiziyasının məlumatına əsasən Ə.Əsədi sinəsindən və mədəsindən güllə yarası alıb. O, Sanadakı mərkəzi xəstəxanada keçinib.

Yaraqlılar gizlənib.

Mənbə xatırladıb ki, 2013-cü ilin iyulunda başqa bir iranlı diplomat Nurəhməd Nikbəxt Yəməndə oğurlanıb və indiyə kimi ondan xəbər yoxdur.


AzNews.az