Çin yeni nəsil aviadaşıyıcısını yaradıb

18 Yanvar 2014 21:39 (UTC+04:00)
"Lyaonin" hərbi təlim keçmək üçün ilk dəfədir ki, Tsindao şəhərinin limanını tərk edib
Çin gizli şəkildə öz aviadaşıyıcısının tikintisini aparır.


ANS PRESS-in məlumatına görə, bu barədə "Kiodo" agentliyi rəsmi mənbələrə istinadən xəbər yayıb. Bildirilir ki, Çinin artıq bu sinifdən olan bir gəmisi var. "Lyaonin" adlı gəmi bu yaxınlarda Cənubi-Çin dənizi hövzəsində 37 günlük sınaqdan çıxıb. Amma o, Çində keçmiş sovet aviadaşıyıcısı "Varyaq"ın əsasında qurulub.

Çin "Varyaq"ı 1990-cı illərin sonunda Ukraynadan satın alıb. "Lyaonin" hərbi təlim keçmək üçün ilk dəfədir ki, Tsindao şəhərinin limanını tərk edib.

Əvvəllər Çin ikinci aviadaşıyıcı gəmi tikintisini təkzib edirdi.


AzNews.az