Qax sakini dağdan yıxılaraq ölüb

18 Yanvar 2014 21:46 (UTC+04:00)
Milli.Az xəbər verir ki, bir neçə gündür itkin düşdüyü güman edilən Qax rayonu Ağçay kənd sakini 53 yaşlı Babayev Bədrəddin Novruz oğlunun dağdan yıxılaraq dünyasını dəyişdiyi bildirilir.

Hələlik onun meyitini yıxıldığı ərazidən çıxarmaq mümkün olmayıb. Bu məqsədlə sabah əraziyə helikopterlər göndəriləcək. Onun dağa hansı məqsədlə getdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az